Dövlət İmtahan Mərkəzi “İnformatika” adlı vəsaitin yenilənmiş versiyasını çap edib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) “İnformatika” adlı vəsaitin yenilənmiş versiyasını çap edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, vəsait tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.

Tamamilə yenidən işlənmiş 6-cı fəsil “Microsoft Windows 10” əməliyyat sisteminə həsr olunub. On üç fəsildən ibarət kitabda “Windows 10” ƏS-nin təyinatı, əsas xarakteristikaları və anlayışları xarakterizə olunur.

Kitabı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: