Respublika fənn olimpiadaları keçirilir

A- A A+

Fevralın 11-də 2020-2021-ci tədris ili üçün fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadaları keçirilir.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə təşkil edilib.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: