“Naxçıvan” Universitetinin əməkdaşları onlayn beynəlxalq konfransda iştirak ediblər - FOTOLAR
“Naxçıvan” Universitetinin əməkdaşları Fransanın paytaxtı Paris şəhərində keçirilən “Paris-V sosial elmlər” onlayn beynəlxalq konfransında iştirak ediblər.
Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 10 ölkənin elm xadimlərinin iştirak etdiyi konfransda ali təhsil ocağını Nübar Səfərli və Emelya Süleymanova təmsil ediblər.
Onlayn konfransda Nübar Səfərli “Naxçıvan” Universitetinin regionda mütəxəssis hazırlanmasında yeri və rolu”, Emelya Süleymanova “Müəllimin dərs zamanı şagirdlərin diqqətinin, iradəsinin və təfəkkürünün inkişaf etdirmək təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.
Konfransın sonunda hər iki məruzəçi sertifikatla mükafatlandırılıb.