“Naxçıvan” Universiteti Avrasiya Universitetlər Birliyinin konfransında iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avrasiya Universitetlər Birliyinin “2021- EURAS üzvləri ilə görüş” konfransında universitetinin rektoru, dosent Nurlana Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli iştirak edib.
Konfransda 2021-ci ildə partnyor universitetlər tərəfindən keçiriləcək vebinarlar, tələbələr üçün yeni platformanın hazırlanması və 3 indeksli jurnallarda dərci ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının, təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlib.
Seyfur Hacımuradov