NDU-da yeni dərs vəsaitinin təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında  təqdimatı keçirilən “Əczaçılıq tələbələri üçün ingilis dili” (“English for pharmacy students”) adlı  dərs vəsaitinin müəllifi “İngilis dili və metodika” kafedrasının müəllimi Sərcan Sadiqovadır.

Dərs vəsaitinin təqdimatı zamanı  Universitetin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli bildirib ki, əczaçılığın ən böyük elementlərindən bəhs edən və 65 bölmədən ibarət olan  “English for pharmacy students” kitabı mətnlər, lüğətlər, tapşırıqlar və dialoqlar üzərində qurulub.

Kitabda əczaçılığın qısa tarixi, dərmanların yan təsirləri, saxta və allerjik dərmanlar, həmçinin bitkilərdən hazırlanan preparatlara və digər maraqlı faktlara nəzər salınıb.

Kitabın müəllifi muxtar respublikada yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Telli Əlizadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: