NMİ-də gənc rəssamın ilk fərdi yaradıcılıq sərgisi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının gənc müəllimi Rübabə İmamquliyevanın ilk fərdi yaradıcılıq sərgisi keçirilib. Bu barədə İnstitutun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.  Sərgidə institutun rektoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin  fəaliyyət və  yaradıcılığını yüksək qiymətləndirib.

İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva, Xalq rəssamı, professor Hüseynqulu Əliyev, İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova və digər çıxış edənlər Rübabə İmamquliyevanın rəng koloritinin zənginliyi, isti və soyuq rənglərin harmoniyası, qalın rəng yaxmaları ilə yaratdığı özünəməxsus işləmə texnikası ilə fərqləndiyini bildirərək gənc rəssamı təbrik edib və uğurlar arzulayıblar.

Gənc rəssam Rübabə İmamquliyeva sərginin təşkilinə, gösərilən qayğıya görə minnətdarlığını bildirib. Sonda sərgiyə baxış keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: