“Naxçıvan” Universitetində pedaqoji təcrübəyə göndərilən tələbələrin başlanğıc konfransı keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2020-2021-ci tədris ilinin ikinci yarısında  keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilib.

Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsində ötən il məzunlardan 166-sı ixtisas seçimi zamanı “Naxçıvan” Universitetini seçib. Onlardan 83-ü pedaqoji profilli ixtisaslarda təhsil alır.

Qeyd olunub ki, bu günədək Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqələrdə “Naxçıvan” Universitetinin ümumilikdə 40 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 8 məzunu ümumtəhsil məktəblərində müxtəlif vəzifələrə təyin olunub.

Universitetin tədris şöbəsinin müdiri Anar Abuzərli və pedaqogika və psixologiya kafedrasının müəllimi Lalə Allahverdiyeva çıxış edərək pedaqoji təcrübənin keçirilməsi qaydaları və əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, 16 fevral - 5 aprel 2021-ci il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə 182 tələbə pedaqoji təcrübədə olacaqdır.

Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.

Adilə Səfərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: