İllərdir ki, Azərbaycan ilə Ermənistan arasında davam edən, Sovet hakimiyyəti dağıldıqdan sonra yenidən gündəmə gələn və 30 il mənfur qonşularımız tərəfindən işğalda saxlanılan Dağlıq Qarabağ problemi axır ki, 27 sentyabrda başlayıb 44 gün sonra başa çatan Vətən müharibəsi ilə öz ədalətli həllini tapdı.
Qalibiyyətimizin səbəbi həm ön, həm də arxa cəbhədə xalqımızda olan birlik idi. Ermənistan tərəfi öz xalqına həqiqətə uyğun olmayan məlumatları çatdırır, yalan informasiya yaymaqla müharibədə qələbə qazanacağını düşünürdü. Bu isə ölkəmizin vətənpərvər insanlarını narahat edirdi. Bu məsələ ilə bağlı Azərbaycan Ermənistanda sosial media botu yaratdı. Bu “TAVUSH BOT” adlanırdı. Məqsəd erməni xalqına düzgün informasiyanı çatdırmaq, ermənilərin apardıqları informasiya savaşının nə qədər zəid olduğunu sübut etmək və düşməni bu cəbhədə də məhv etmək idi. Bəs nə idi "Tavush Bot"? "Tavush Bot" özünü süni zəka elan edən ilk erməni sosial media botu idi. "Tavush Bot" ilk dəfə İyul döyüşləri ərəfəsində "Tavush" bölgəsində yaşayan insanlara doğru informasiyanı çatdırmaq üçün yaradılmışdı. "Tavush Bot" Google Asistant məntiqi ilə çalışan erməni dilini bilən süni intellekt əsaslı bot idi. Bu bot ermənilər ilə danışır, onların məlumatlarını toplayır, lazım olduqda isə onlara toplu mesajlar göndərirdi. "Tavush Bot" adlı sosial şəbəkə proqramının müəllifi çoxsaylı texnologiya və startap layihələrinin müəllifi olan Fərid Pərdəşünas idi. 44 günlük Vətən müharibəsində Fərid Pərdəşünasın Azərbaycanın sosial mediasındakı böyük fəaliyyəti oldu. Təsədüfü deyil ki, Fərid Pərdəşünas qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görüldü.
Bu günə qədər dövrümüzün yeni formalı döyüş sahələrində kompüterlərdə və sistemlərdə aparılan məlumat müharibələri barədə ümumi bir tərif verilməyib. İnformasiya müharibələrinin ilk texniki təsviri mövzusunda məlumat ilk dəfə John Alger tərəfindən verilib. Bu mövzuda məlumat savaşı, biliklərimizi və bilik əsaslı konfiqurasiyamızı qorumaqla birlikdə düşmənin biliklərinə, məlumat sistemlərinə və biliyə əsaslanan strukturlara təsir edərək məlumat üstünlüyümüzü qazanmağımızı təmin edəcək hər cür fəaliyyət nəzərdə tutulur. Buna bənzər bir tərif Amerika Hava Qüvvələri tərəfindən verilib. Bu tərifə görə, informasiya müharibəsi düşmənin bu fəaliyyətə qarşı tədbir görməsinin qarşısını almaq və düşmənin məlumat və funksiyalarının qarşısını almaq üçün edilən hərəkətlərlə oxşar əməliyyatlara qarşı çıxmaq, məhv etmək və öz xeyrimizə istifadə etməkdir. Leeds Universiteti Rabitə İnstitutunda çalışan professor Philip M.Taylor informasiya müharibəsi ilə bağlı düşüncələrini belə izah edir: “Orada bir müharibə var, bir dünya müharibəsi var və bu müharibə kimin daha çox gülləsi olduğu, necə gördüyümüz, eşitdiyimiz, nə etdiyimiz və nə düşündüyümüzlə əlaqəli olmayan məlumatları kimin idarə etməsidir”.
İnformasiya müharibəsi texnologiyaya qarşı texnologiyanın istifadəsidir; sirlərdən və sirlərin oğurlanmasından bəhs olunur. Bu bilikləri bilik sahiblərinə qarşı istifadə etmək, düşməni öz bilik və texnologiyalarından istifadə etmək qabiliyyətindən məhrum etməkdir. İnformasiya müharibəsi, zamandan və məkandan asılı olmayaraq istənilən hədəfə qarşı aparıla bilər. Cəmiyyətin hər təbəqəsinə yayılması üçün hərbi, iqtisadi, siyasi, ideoloji və hətta dini problemlərə əsaslanan strateji, taktiki və operativ hədəflərə tətbiq oluna bilər. İnformasiya müharibəsinin aşağıdakı kimi növləri var.
Kiber müharibə başqa bir dövlətin kompüter sistemlərinə və ya şəbəkələrinə zərər vermək və ya dayandırmaqdır.
Elektron müharibə radio dalğaları və müharibə nəticəsində həlledici rol oynamaq üçün bir ordunun taktiki texnoloji üstünlüyü ilə hərbi terminologiyaya daxil olan bir müharibə müddətidir. Ümumiyyətlə, düşmən qüvvələri tərəfindən müxtəlif texnikaların tətbiqi ilə elektromaqnit spektrinin istifadəsinin tamamilə qarşısının alınması, eyni zamanda dostluq qüvvələrindən hərbi məqsədlər üçün ən uyğun şəkildə istifadə edilməsi, maksimum fayda təmin edilməsi məqsədi daşıyır. Elektron müharibə üç əsas hissədə araşdırıla bilər: elektron dəstək, elektron hücum və elektron müdafiə.
Elektron hücum, hərbi güc və texnoloji infrastrukturdan istifadə edərək, düşmən qüvvələrinin elektromaqnit spektrini, xüsusən radio dalğalarını və radar tezlik zolağını istifadə etməsinə mane olmaqla, naviqasiya, hədəf aşkarlama, izləmə, telekomunikasiya və kəşfiyyat mübadiləsi imkanlarını azaldaraq, elektron rabitə bağlanır. Elektron hücum aktiv və ya passiv şəkildə həyata keçirilə bilər.
Yüksək gücdə müdaxilə radio yayımı edərək düşmənin aktiv elektron hücum üçün istifadə etdiyi tezlik diapazonunu əhatə edərək düşmən radio / kəşfiyyat operatorlarını və ya radar qəbulediciləri, transponder stansiyaları kimi elektron cihazları aldadaraq eyni tezlik bandında elektron və ya insan dezinformasiya yayımları edərək düşmən radio rabitəsini pozur. Xüsusi təyyarələrdə geniş istifadə olunan aktiv dalğa ləğv üsulları və elektromaqnit impuls bombasının (EMP) istifadəsi nümunə ola bilər.
44 günlük Vətən müharibəsində Xüsusi təyinatlıların baş giziri şəhid Camal İsmayılov erməni radio əlaqələrinə qoşularaq erməni generallarına əmr verərək geri çəkilməyə məcbur edib. Bu da Azərbaycanın həm ön cəbhədə həm də informasiya müharibəsində qalibliyinin bariz nümunəsidir.
Könül Məmmədova
Naxçıvan Dövlət Universiteti
İnformatika kafedrasının baş müəllimi