“Azərbaycan ampeloqrafiyası” monoqrafiyasının II cildi nəşr olunub

A- A A+

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzüm laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmləri doktoru, dosent Vüqar Səlimovun həmmüəllifliyi ilə “Azərbaycan ampeloqrafiyası” monoqrafiyasının II cildi işıq üzü görüb. Bu barədə Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

Giriş, 3 bölmə və ümumilikdə 7 fəsildən ibarət olan monoqrafiyada “Ümumi ampeloqrafiya”, “Rəqəmsal ampeloqrafiya” və “Xüsusi ampeloqrafiya” adlı bölmə başlıqları altında uyğun fəsillər yer alıb.

Əsərdə 24 universal, 40 texniki, 17 seleksiya yolu ilə alınmış və 13 introduksiya olunmuş üzüm sortunun ampeloqrafik təsvirləri, ampelo-deskriptor xüsusiyyətləri və rəngli fotoşəkilləri verilib.  

Olduqca mühüm elmi əhəmiyyətə malik olan əsər uyğun ixtisas üzrə təhsil alanlar, tədqiqatçılar, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri və bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Qeyd edək ki, ilk cildi 2017-ci ildə nəşr olunan iki cildlik “Azərbaycan Ampeloqrafiyası” Azərbaycanda üzümçülüyün inkişafına verilən töhfədir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: