NMİ-nin tələbələri pedaqoji təcrübəyə göndərilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və Təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması məqsədilə muxtar respublikada görülən işlərdən danışıblar. Qeyd olunub ki, ötən tədris ilində məzunlardan 663-ü, yaxud 44,2 faizi pedaqoji profilli ixtisasa qəbul olunub ki, onlardan da 236-sı ixtisas seçimi zamanı Naxçıvan Müəllimlər İnstitutunu seçib.

Həmçinin vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən bu günədək keçirilən müsabiqələrdə Naxçıvan Müəllimlər İnstitutunun yüksək nəticə göstərən məzunlarından 65-i müəllimlik, 40-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 105 məzunu işlə təmin olunub.

Sonra institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev, pedaqogika və psixologiya kafedrasının müdiri İsmayıl Əliyev və pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva pedaqoji təcrübənin sənərəli təşkilində müxtəlif amillərin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, riyaziyyat və informatika müəllimliyi üzrə 62, İbtidai Təhsilin Pedaqogikası və Metodikası üzrə isə 132 olmaqla, ümumilikdə 194 tələbə pedaqoji təcrübədə olacaqdır. Təcrübə 14 həftə davam edəcək.

Təhsil Nazirliyi tərəfindən universitetə VI və VII siniflər üçün STEAM tədris vəsaiti, metodiki vəsait və tədris proqramları hədiyyə edilib.

                                                     Adilə Səfərova 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: