Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin rəhbərliyi ilə Naxçıvan şəhər Qızlar Liseyinin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayevanın Moskvada Pedaqoji layihələrin elm-təhsil mərkəzində yerləşən “Rusiya Federasiyası Pedaqoji layihələr Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması” adlı məqaləsi sertifikata layiq görülüb.