Görkəmli alim Nəsrəddin Tusinin anadan olmasından 820 il ötür - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunan elmi konfrans keçirilib.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Nəsirəddin Tusinin həyat və yaradıcılığından, alimin qiymətli əsərlərinin dünya elmindəki yeri və rolundan ətraflı bəhs edib.

Qeyd olunub ki, Nəsrəddin Tusinin təsis etdiyi Marağa Rəsədxanası nüfuzlu elm mərkəzi kimi təkcə Şərq ölkələrində deyil, bütün dünyada tanınıb. Görkəmli alim tədqiqat sahəsində 20-dən artıq uğurlu tədqiqatın, 200-dən çox əsərin  müəllifidir. Onun bir çox əsəri bu gün də öz aktuallığını qorumaqdadır. Böyük dühanın əsərlərinə dünyanın müxtəlif muzeylərində və kitabxanalarında rast gəlmək mümkündür. Bu il böyük Azərbaycan alimi Nəsirəddin Tusinin anadan olmasından 820 il ötür. Ölkəmizdə dahi mütəfəkkirin xatirəsi həmişə əziz tutulur, yubileyləri böyük təntənə ilə qeyd edilir. Əsərləri kütləvi şəkildə çap edilir və onun haqqında çoxsaylı kitab və məqalələr yazılır.

İsmayıl Hacıyev bildirib ki, XIII əsrdə yaşamasına baxmayaraq, dahi Azərbaycan aliminin əsərləri bu gün də aktualdır. Nəsirəddin Tusiyə dünya şöhrəti qazandıran riyaziyyat və nücum elmlərinə aid tədqiqatları və “Əxlaqi-Nasiri” əsəridir. Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” əsəri xüsusi rəğbət qazanıb və  həmin əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov,  Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və yaradıcılığından ətraflı bəhs ediblər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: