Culfanın tarixi abidələrindən bəhs edən “Qədim  Culfa”  kitabı çap olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidovun həmmüəllifliyi ilə “Qədim Culfa” adlı yeni kitab işıq üzü görüb.

Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Yeni nəşr olunan kitabda Culfa bölgəsində yerləşən arxeoloji, tarixi və memarlıq abidələrində son illərdə aparılan tədqiqatların nəticələri öz əksini tapıb. Əsər giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Kitabın “Culfa rayonunun arxeoloji cəhətdən öyrənilməsi tarixindən” başlığı altında XX əsrdən başlayaraq burada aparılan arxeoloji tədqiqatlar və onların nəticələri haqqında məlumat verilib, tarixi faktların aşkarlanmasında mühüm xidmətləri olmuş arxeoloqların fəaliyyəti diqqətə çatdırılıb.

Culfada mövcud olan qədim yurd adları və köç yolları haqqında əhatəli məlumatların yer aldığı əsərdə mədəni əlaqələr mövzusuna da toxunulub, rayondakı abidələrin Azərbaycan və Cənubi Qafqaz tarixindəki əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, ərsəyə gəlməsində Azərbaycan, türk, rus, ingilis və fransız dillərində olan 176 mənbədən istifadə olunan əsər tarixçilər, arxeoloqlar, müxtəlif elm adamları və tələbələr üçün nəzərdə tutulub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: