Ali təhsil ocağında Beynəlxalq Ana Dili Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetin Tarix-filologiya fakültəsində bu münasibətlə keçirilən elmi-nəzəri seminarda rektor Elbrus İsayev Azərbaycan dilinin inkişafından, bir millətin, xalqın həyatındakı önəmindən danışıb. Bildirib ki, YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilən Beynəlxalq Ana Dili Günü 2000-ci il fevralın 21-dən qeyd edilir. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparılıb, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Vurğulanıb ki, bu gün muxtar respublikada dövlət-dil siyasəti uğurla həyata keçirilir. “Naxçıvan şəhərində ucalan “Ana dili” abidəsi dilimizə ehtiramın ifadəsidir”,- deyən rektor gəncləri dilimizin saflığını qorumağa səsləyib.

Seminarda “Müasir Azərbaycan dilinin aktual problemləri” mövzusunda çıxış edən “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova türk dillərinin tarixindən danışıb. Bildirib ki, dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi qarşıda duran mühüm məsələlər sırasındadır.

Sonda  tələbələr ana dilimizə həsr olunmuş şeirləri bədii qiraət edib.

Yunis Allahverdiyev

Naxçıvan Dövlət Universiteti

 “Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: