Şahmatçılar üçün keçirilən interaktiv dərs 200-dən artıq təhsil müəssisəsində izlənilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən interaktiv dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində elektron lövhə vasitəsilə izlənilən dərsdə “Yarımaçıq debütlər” və “Məsələ həlli” mövzularından danışılıb.

Müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından istifadənin günün tələbi olduğunu deyən Emin Hacıyev bildirib ki, muxtar respublika məktəblərində “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən geniş istifadə olunur. Bundan başqa, Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində də dərslər yerləşdirilib və elektron dərsliklər CD formasında məktəblərə çatdırılıb. Dərs­ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, interaktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Saat 15:00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: