Marsda yaşamağı bacaran orqanizmlər tapılıb

A- A A+

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Frontiers in Microbiology” jurnalında dərc olunan araşdırmada qeyd olunub. Elmi işdə bildirilib ki, siyanobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq Mars səthində yaşayacaq insanlar üçün həyatı dəstəkləyən sistemlər yaratmaq mümkündür.

Alimlər müəyyən edib ki, siyanobakteriyalar aşağı təzyiqə baxmayaraq Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək həyatını davam etdirə bilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: