2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 19 764 nəfər ərizəsini təsdiq edib.
Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsinə sənəd verib.
Xatırladaq ki, magistraturaya sənəd qəbulunun vaxtı bu gün səhər saat 10.00-a qədər uzadılmışdı.