“Şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ali təhsil ocağında keçirilən dəyirmi masada institutun “Ümumi fənlər” kafedrasının, muxtar respublika orta ümumtəhsil məktəblərinin bir qrup biologiya müəllimləri və tələbələr iştirak edib.

Tədbirdə institutun prorektoru psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev şagirdlərin şəxsiyyət kimi formalaşmasında müxtəlif fənn bilikləri ilə yanaşı ekoloji dünyagörüşünün formalaşdırılması məsələsinin hər zaman aktual olduğunu və tərbiyənin bütün istiqamətləri kimi ekoloji tərbiyənin də təməlinin əsasən məktəb illərində formalaşdığını deyib.

Mövzu ətrafında çıxışlarda bildirilib ki, şagirdlərin ekoloji dünyagörüşlərinin formalaşdırılması işinin təşkili, bu istiqamətdə görüləcək işlərin düzgün planlaşdırılması, şagirdlərin idrak fəallığının təmin edilməsi, tədris prosesində ekoloji biliklərin düzgün öyrədilməsi ilə bilavasitə bağlıdır.

           

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: