NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi- praktik konfrans belə adlanır.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov və İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Fəxriyyə Cəfərova bu günün mahiyyəti barədə məlumat veriblər.
Qeyd olunub ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, zənginləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı da dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda dövlət dil siyasəti uğurla həyata keçirilir, ölkəmizdə ilk dəfə “Ana dili” abidəsi məhz Naxçıvan şəhərində ucaldılıb.
Tədbirin sonunda tələbələrin ifasında doğma dilimizi tərənnüm edən şeirlər səsləndirilib, ədəbi – bədii kompazisiya nümayiş olunub.
Adilə Səfərova