Məktəblilər arasında təşkil olunan Memarlıq-dizayn müsabiqəsinin qalibləri bəlli olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mühəndislik bacarığına və kreativ düşüncəyə malik şagirdləri aşkar etmək, onların ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq məqsədilə təşkil olunan müsabiqədə yeni yaradılan Memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak edib. Şagirdlər hazırladıqları memarlıq layihələrinin plan ölçüləri, perspektiv görünüşləri, fasad və interyer həllini kompüterdə uyğun miqyasda yerləşdiriblər. 

Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər kompüterdə 3 saat müddətində ArchiCAD-üç ölçülü dizayn proqramında memarlıq layihələrinin modellərini hazırlayıblar.  

Şərtləri ödəyən və fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiliblər. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: