“Qələbədən 100 gün sonra” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şanlı qələbəmizin 100-cü gününə həsr olunmuş eyniadlı tədbir Naxçıvan Dövlət Universitetində baş tutub. Tədbirdə vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri  yad edilib, qələbəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev 44 Günlük vətən müharibəsində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu fəxr hissi ilə vurğulayıb. Diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.

Vətən müharibəsi iştirakçıları Səid Əhmədov, Təbriz  Zeynalov, Elnur Şirinov, Naxçıvan Dövlət Universiteti “Məşqçilik” ixtisası üzrə I kurs qiyabi tələbəsi, Vətən müharibəsi iştirakçısı Fəxri Qazıbəyov qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətirərək bildiriblər ki, şəhidlərimizin qanı ilə qazanılan böyük qələbə müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmamalı və gələcək nəsillərimiz üçün örnək olmalı, ixtisasından və peşəsindən asılı olmayaraq hər bir gənc vətənpərvər olmalı və bu amal uğrunda mübarizə aparmalıdır.

Tələbələrin sualları cavablandırıldıqdan sonra qələbənin 100-cü günü münasibətilə universitet tərəfindən əsgər və zabitlərə plaket təqdim edilib, xatirə şəkli çəkdirilib.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: