Böyük demokrat Mirzə Cəlilə həsr olunmuş açıq dərs keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki  ev muzeyində  keçirilən açıq  dərsdə Naxçıvan şəhər 2 və 5 nömrəli tam orta  məktəblərin şagirdləri iştirak edib.

“Görkəmli Azərbaycan ədibi” mövzusunda  olan dərs ədibin doğum günü ilə əlaqədar təşkil olunub. Dərs zamanı  bələdçi  bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 19 iyun tarixli Sərəncamına əsasən yaradılan muzeydə Cəlil Məmmədquluzadənin  həyat və yaradıcılığına aid 3 mindən artıq eksponat mühafizə olunur.  Dahi yazıçının həm paytaxt Bakıda, həm də Naxçıvan şəhərində ev muzeyləri ilə yanaşı vaxtilə müəllimlik etdiyi Nehrəm və Cəlilkənddə xatirə muzeyləri də fəaliyyət göstərir. Sonra məktəblilər görkəmli yazıçının və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid əsərlər və digər qiymətli eksponatlarla tanış olublar.

                                                  Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: