NDU müəlliminin elmi məqaləsi yüksək impafaktorlu “Humanitar sosial elmlərin qlobal jurnalı”nda - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müəllimi Ülviyyə Muradovanın Zülfiyyə Əhmədova ilə birgə həmmüəllif olduğu “Dillərdəki qrammatik cins kateqoriyasının düşüncəyə təsiri” adlı elmi məqalə Amerikada yüksək impafaktorlu “Humanitar sosial elmlərin qlobal jurnalı” (Global Journal of Human-Social Science) adlı elmi jurnalda dərc olunub.

Məqalədə müxtəlif dillərdəki qrammatik cins kateqoriyasının həmin dillərdə danışan insanların düşüncələrinə təsirindən bəhs edilir. Bildirilir ki, Saphir-Worf nəzəriyyəsinə görə dillər fərqləndiyi kimi onu istifadə edən insanların düşüncə tərzi də bir-birindən fərqlənir. Bu dillərdə danışanlar, sifətləri dəyişdirsələr də, düzgün müəyyən məqalə və əvəzliklərin istifadəsindən məsul olmalıdırlar.

                                                                      Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: