Özbəkistanın elmi jurnalında Azərbaycan alimlərinin məqalələri dərc edilib - FOTOLAR

A- A A+

Özbəkistan Dövlət Şərqşünaslıq Universitetinin “Türkologiya” beynəlxalq elmi jurnalında Azərbaycan alimlərinin məqalələri dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin “Qutatqu bilik”in biblioqrafiyaları” sərlövhəli məqaləsi yer alıb.

Materialda bildirilir ki, son 90 ildə Yusif Has Hacib Balasaqunlunun “Qutatqu bilik” poeması haqqında dünyanın müxtəlif ölkələrində çoxlu məqalələr, monoqrafiyalar, dissertasiyalar, kitablar yazılıb. Məqalədə Yusif Has Hacib Balasaqunlunun Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Çində 21 biblioqrafiyası olduğu bildirilir.

Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, dosent Elçin İbrahimovun “Türk dünyasında dil siyasətinin yaranmasında əsərlərin rolu. “Qutatqu bilik”in araşdırılma tarixi” sərlövhəli məqaləsi də dərc edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: