Tələbələrə Bəhruz Kəngərli yaradıcılığına həsr olunmuş açıq dərs keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açıq dərs Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə Bəhruz Kəngərli Muzeyində təşkil olunub.                                 

Mədəniyyət Nazirliyinin Mədəniyyət və Mədəni İrs Şöbəsinin müdiri Gülbuta Babayeva və Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi Səmanə Rüstəmova Nazirliyin hamiliyinə verilmiş Universitetin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan  tələbələrə görkəmli fırça ustasının həyat və yaradıcılığı barədə danışıblar.

Bildirilib ki, Bəhruz Kəngərli muzeyi Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılıb. Vurğulanıb ki, muzeydə 1250-dən artıq eksponat var. Onların 388-i 9 ekspozisiya zalında nümayiş olunur. Qeyd olunub ki, realist rəssam yaşadığı 30 il ərzində zəngin irs yadigar qoyub.    

Sonra muzeyin ekspozisiyasına baxış keçirilib. Rəssamın çəkdiyi “Qaçqınlar” portret silsiləsi, mənzərə janrında çəkdiyi əsərlər və Naxçıvanın tarixi abidələrini əks etdirən rəsm əsərləri iştirakçıların böyük marağına səbəb olub.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: