Tibbə dair yeni dərs vəsaiti: “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” adlı kitabı  Naxçıvan Dövlət  Universitetinin  “Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, Nuranə Əliyeva və Səməngül Tarverdiyevanın  həmmüəllifliyi ilə ərsəyə gəlib.

Bu münasibətlə Universitetinin Elmi Kitabxanasında keçirilən tədbirdə əvvəlcə kitab haqqında məlumat verilib. Qeyd olunub ki,  kitabın ərsəyə gəlməsində 53 ədəbiyyat, yeni internet resurslarından istifadə olunub. İİV-nin quruluşu, serotipləri, genləri və zülalları, yoluxma yolları, yoluxmasına şərait yaradan amillər haqqında kitabda ətraflı məlumat verilir. Bildirilib ki, İİV- İnsan immumçatışmazlığı virusu QİÇS Qazanılmış İmmun Çatışmazlıq sindromu xəstəliyinin törədicisidir. Xəstəlik ilk dəfə 1981-ci ildə Los Angeles də 5 xəstədə müəyyən olunub. Azərbaycanda QİÇS virusu ilk dəfə 1987-ci ildə Neft Akademiyasında təhsil alan afrikalı tələbədə aşkarlanıb.

Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi Gülnar Əhmədova slayd vasitəsilə virusun yayılma səbəbləri haqqında məlumat verib.

Sonda müəllif universitet mühitində ziyalıların formalaşması üçün yaradılan yaradıcı mühit üçün öz minnətdarlığını ifadə edib.  Qeyd edək ki, kitab təkcə dərs vəsaiti kimi tibb tələbələri üçün deyil, hətta bütün ictimaiyyət, sağlamlığının qeydinə qalan hər kəs üçün vacib bir mənbədir.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: