NDU-da Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş elmi-nəzəri seminar keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə rektor Elbrus İsayev ölkə başçısının Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması haqqında imzaladığı Sərəncamı diqqətə çatdırıb. Lütfi Zadənin dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdən olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Elbrus İsayev bildirib ki, azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
Universitetin “İnformatika” kafedrasının müdiri, baş müəllim Könül Məmmədova, “Memarlıq və mühəndislik” fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov, Ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov alimin elmi fəliyyəti və dünya elminə qazandırdığı nailiyyətlərlə bağlı ətraflı fikir söyləyiblər.
Elmi-nəzəri seminar müəllimlərin qarşılıqlı müzakirəsi şəklində davam edib.
Səadət Əliyeva