Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTOLAR

A- A A+

İşğalçı Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi “Naxçıvan” Universitetində anılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar “Naxçıvan” Universitetində “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda konfrans keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva, Universitetin professoru Əziz Novruzlu, Əlahiddə Ümumqoşun Ordunun zabiti,  vətən müharibəsi iştirakçısı baş leytenant Ağababa Bədəlov çıxış edərək qeyd ediblər ki, yeniyetmə və gənclər xalqımızın başına gətirilən faciələri, soyqırımları unutmamalı, daima yaddaşlarında saxlamalı və xalqımızın yaddaşına qızıl hərflərlə yazılan qəhrəmanlarımızın yolunu davam etdirməli, güclü, qüdrətli Azərbaycan Ordusu ilə daim fəxr etməlidirlər. Diqqətə çatdırılıb ki, xalq-ordu birliyinin sarsılmaz vəhdətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın qətiyyəti və Müzəffər ordumuzun rəşadəti ilə doğma torpaqlarımız işğaldan azad edildi, Xocalının qisası alındı.

Tədbirdə Vətən müharibəsində iştirak edən bir neçə hərbi qulluqçularımıza plaket və hədiyyələr təqdim olunub.

Sonda tələbələrin hazırladığı qısametrajlı filmə baxış olub, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: