Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir - FOTOLAR

A- A A+

NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, bu mövzuda Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, bu hadisə mənfur erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Rektor vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib.

“Xocalı həqiqətləri: insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri” mövzusunda çıxışında İnstitutun baş müəllimi Arzu Abdullayev bildirib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qətiyyəti ilə rəşadətli ordumuz düşməni diz çökdürdü, böyük zəfər qazanaraq Xocalı qurbanlarının qisasını aldı.

Sonra Xocalı soyqırımına və şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub, institutun tələbələrinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda institutun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Səftər Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: