DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

A- A A+

Dövlət İmtahan Mərkəzi martın 7-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: