Dram müsabiqəsinin şəhər mərhələsində 5 məktəbdən 54 şagird iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən dram müsabiqəsinin şəhər mərhələsində  5 məktəbdən 54 şagird iştirak edib.

Heydər Əliyev adına tam orta məktəbi üzrə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə Süleyman Rüstəmin “Ana və poçtalyon”, Naxçıvan Qızlar Liseyi üzrə Hüseyn Cavidin “Qız məktəbində”, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üzrə isə Hüseyn Cavidin “Topal Teymur” Heydər Əliyev adına  Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilib.

Münsiflər heyətinin üzvü Tofiq Seyidov hazırlanan bütün tamaşaların uğurlu alındığını deyib və iştirakçıları təbrik edib.

Müsabiqədə qiymətləndirilmə şagirdlərin geyimi, aktyor oyunu, səhnə danışığı, eləcə də səhnə və musiqi tərtibatı meyarına görə aparılıb.

Heydər Əliyev adına Hərbi Liseyin kursantları birinci, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyinin şagirdləri ikinci, Naxçıvan Qızlar Liseyi, Heydər Əliyev adına tam orta məktəbi və Naxçıvan Qarnizon tam orta məktəbinin şagirdləri isə üçüncü yerlərə layiq görülüblər.

Sonda qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar. Qeyd edək ki, Mirvari Dilbazinin “Xocalı fəryadı” tamaşası ilə birinci yerin qalibi  olan Heydər Əliyev adına Hərbi Liseyin kursantları, eyni tamaşa ilə dram müsabiqəsinin muxtar respublika mərhələsində iştirak edəcək.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: