Uşaq bağçalarına yeni tədris vəsaitləri verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartlarının təqdimatı  olub.    

Tədbirdə  qeyd olunub ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarında tədrisi yüksək səviyyədə təşkil etmək üçün məktəblər məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən 248 lövhə, 244-ü “Azərbaycan əlifbasını öyrənirəm”, 4-ü Rus əlifbasını öyrənirəm stolüstü aşırma kartları ilə təmin edilib.

Bu gün isə Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçaları 22 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartları ilə təmin edilir. Bu isə uşaq bağçalarında məktəbəhazırlıq qruplarında uşaqların yüksək səviyyəli hazırlığına öz töhfəsini verəcəkdir.

Tədbirin sonunda muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarının hər birinə 1 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və 1 ədəd “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartı təqdim edilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: