Tələbələr üçün “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda təlim keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətlərinin birgə layihəsi olan “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda təlim Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri üçün təşkil olunub. Təlimdə bank kariyerası üçün vacib bir sıra praktiki biliklər və tövsiyələr verilib, bu sahədə qazanılan təcrübələr tələbələrə çatdırılıb.
Hər iki ali təhsil ocağında keçirilən eyniadlı təlimlərdə “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətlərinin əməkdaşları bank sektorunda mövcud vəziyyət, marketinq, elektron bankçılık, kredit və müştəriyönümlü xidmətlər, ödəniş kartları və terminallar, həmçinin sığortanın mahiyyəti mövzularında tələbələrə slaydlar vastəsilə məlumatlar verilib.
Təlimdə dinləmə, nitq və analiz qabiliyyətinizi dəyərləndirmək üçün məruzə edilən çıxışlardan seçilən suallar tələbələrə ünvanlanlanıb, müzakirələr aparalıb.
Sonda dəqiq, anlaşıqlı və düzgün cavabları ilə fərqlənən tələbələr arasından 7 gənc seçilib. Həmin tələbələr “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətlərinin müxtəlif şöbələrində 15 günlük təcrübə keçmək şansı əldə ediblər.
Röyal Kərimov