NDU-da 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu münasibətlə ali təhsil ocağının  İdman kompleksində keçirilən tədbirdə rektor Elbrus İsayev tələbə və müəllim heyətini təbrik edib, gənclərə idman yarışlarında, dünya arenalarında uğurlar arzulayıb.

Ali təhsil ocağında idmanın kütləviliyinə diqqət yetirildiyini diqqətə çatdıran “Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov çıxışında qeyd edib ki, universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir. İdmançılarımz həm təkmübarizlilik idman növləri üzrə, həm də komandalı idman növlərində bır sıra beynəlxalq miqyaslı yarışlarda uğur qazanıblar. Vurğulanıb ki, universitetdə hər il bu sahə üzrə 70-80 nəfər ixtisaslı kadr hazırlanır.

“Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü, Avropa mükafatçısı Aslan İsmayılov muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı timsalında idmançıların yetişməsi üçün yaradılan şərait üçün  öz minnətdarlığını bildirib.

Sonra “Pedaqoji” və “İqtisadiyyat” fakültələri arasında keçirilən voleybol oyunu “İqtisadiyyat” fakültəsinin qalibiyyəti ilə başa çatıb.

Həmin gün tələbələr arasında əlamətdar tarixi günə həsr edilmiş “Peloton” intellektual bilik yarışmasında isə “Qasırğa” komandası qalib olub. Qalib komandanın hər bir üzvünə  diplom və kitab verilib.

                                                        Etibar Dərbəndəliyev

                                                Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: