Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən imtahanların müsahibə mərhələsi davam edir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 103 vəzifənin tutulması üçün ümumilikdə 341 namizədin iştirak etdiyi müsahibə mərhələsi martın 13-nə qədər davam edəcək.  

Fevral ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə 66 nəfər, müəllimlərin işə qəbulu və sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 112 nəfər iştirak edib. Həmçinin dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının keçirilməsi fevral ayında da davam edib. Martın 1-ə qədər ümumilikdə 2944 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 1539-u müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat müəllimlərinin, ibtidai sinif müəllimlərinin və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: