NDU və İğdır Universiteti ilə birgə onlayn seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və İğdır Universitetinin birgə qoşulduğu “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda keçirilən  onlayn seminar siyasət, ticarət, mədəniyyət və turizm sahələrini əhatə edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında  qazandığımız zəfərin əldə olunmasında qardaş Türkiyənin Azərbay­cana verdiyi psixoloji və mənəvi dəstəyi xüsusi  qiymətləndirib. Azərbaycan-Türkiyə dostluğunun dünya ölkələrinə nümunə oldu­­ğunu deyən rektor bildirib ki, Naxçıvan dəhlizi Türkiyə ilə Azərbay­can arasında ikitərəfli ticarət əlaqə­lərinin daha sürətli inkişafına imkan yaradacaq və ölkələrarası turizm əlaqələrinin genişlənməsinə ciddi təkan verəcək.

İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma Türkiyənin hər zaman Azərbaycana maddi və mənəvi dəstək olacağını bildirib və xal­qı­mızı Azərbaycanın 44 günlük mübarizədə qalib olması münasibətilə təbrik edib.

Seminarda Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, İğdır Valisi Hüseyn Engin Sarıibrahim, İğdır millət vəkili Dursun Akdemir, Doğu Anadolu Projesi (DAP) Başkanı Prof. Dr. Osman Demirdöyen Türkiyənin qardaş ölkə olan Azərbaycana göstərdiyi diplomatik dəstəyinin əhəmiyyətini nəzərə çatdıraraq Naxçıvan dəhlizinin  yaradılmasının təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əhəmiyyətini vurğulayıblar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: