“Xəmsə” Milli İntellektual Oyunu Beynəlxalq Qadınlar Gününə həsr edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun dəstəyi və Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Xəmsə” Milli İntellektual oyununun budəfəki iştirakçıları ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan qız tələbələr olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 8 komandanın iştirak etdiyi oyun 5 raundda keçirilib. Ən çox xal toplayan Naxçıvan Dövlət Universitetinin “Pentoriya”  komandası oyunun qalibi olub. Oyunda Musiqi Kollecinin “Virtuoz” komandası 2-ci, Naxçıvan Dövlət Universitetinin “Qasırğa” komandası isə 3-cü yerə çıxıb.

Qalib komandalara hədiyyələr təqdim olunub.

                                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: