Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib

A- A A+

ABŞ-ın "Perseverance" (Əzmkarlıq) planet roveri enişdən sonra ilk dəfə Marsın səthinə kiçik məsafəni qət edib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəsmiləri brifinqdə deyib.

"Martın 4-ü günortadan sonra Marsda ilk səyahətimizi etdik", - layihənin menecer müavini Robert Hoqq deyib. Ümumilikdə cihaz təxminən 6,5 m məsafə qət edib.

NASA mütəxəssisləri Marsın səthindən nümunələrini götürmək üçün müxtəlif elmi cihaz və alətlərin quraşdırıldığı manipulyatoru da sınaqdan keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: