Respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu keçirilir

A- A A+

Martın 8-də respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu keçirilir.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, olimpiada ADA, Bakı Mühəndislik universitetləri, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edir. Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim olunub.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: