“Tariximiz yaddaşımızdır” mövzusunda açıq dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə  “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi Kompleksində məktəblilər üçün  “Tariximiz yaddaşımızdır” mövzusunda açıq dərs təşkil edilib.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Himayə Əliyevanın apardığı açıq dərsdə bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid türk islam mədəniyyəti nümunələri və tarixi abidələrlə, qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Bu qədim diyarda Qazma Mağarası, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilid Mağarası, Xarabagilan, Qarabağlar və Gülüstan Türbələri, eləcə də digər tarixi abidələr və qalalar keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Naxçıvan bir şəhər mədəniyyəti mərkəzi kimi 5 min il bundan əvvəl təşəkkül tapıb və inkişaf edib. Diqqətə çatdırılıb ki, nəinki yerli sakinlər muxtar respublikaya gələn xarici qonaqlar, turistlər də bu abidələri ziyarət edir, tariximizə göstərilən diqqət və qayğının şahidi olurlar.

Sonra muzeydə sərgilənən Naxçıvanın tarixinə aid qədim mis məişət əşyaları, çarx daşları, gil qablar və digər eksponatlar barədə şagirdlərə məlumat verilib.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: