Naxçıvan Dövlət Universitetində Milli Teatr günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu münasibətlə Universitetin Teatr və Mədəniyyətşünaslıq kafedrasında keçirilən tədbirdə rektor Elbrus İsayev Naxçıvan teatrı üçün ixtisaslı gənc aktyorların yetişdirilməsi məqsədilə universitetdə “Aktyorluq sənəti” ixtisasının fəaliyyət göstərdiyini deyib. Bu ixtisası bitirən tələbələrin muxtar respublikada teatr sahəsinə verdiyi töhfələrdən, “Tələbə Teatr Studiyası”nın fəaliyyətindən  danışan rektor gələcək perspektivləri dəyərləndirib, “Aktyorluq” ixtisası ilə yanaşı gələcəkdə rejissorluq fəaliyyəti istiqamətində də peşəkar mütəxəssislərin hazırlanmasının qarşıya bir tələb kimi qoyulduğunu deyib, bu sahədə çalışan əməkdaşları,  aktyor tələbələri təbrik edib.

“Teatr və mədəniyyətşünaslıq” kafedrasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev “Azərbaycan teatrının yaranması və inkişafı” tarixindən, xalqın maariflənməsində, mədəniyyətimizin formalaşmasında teatrın əhəmiyyətindən  bəhs edib.

“Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” ixtisası üzrə I kurs magistr Vəfa Qurbanzadə “Realist aktyor məktəbi” mövzusunda çıxış edərək universitetdə aktyor tələbələrin yetişdirilməsi üçün yaradılan şəraitdən danışıb.

Tədbirin sonunda “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir hissəyə baxılıb.

                                                                             Suat Əhmədov

                                                     Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: