Naxçıvan Universitetində onlayn təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Erasmus ofisi ilə birgə “Erasmus+” proqramı TAM (Texniki Dəstək Missiyası) layihəsi çərçivəsində  keçirilən təlim  "Azərbaycan ali təhsil müəssisələrində elektron təhsilin tətbiqi" ilə bağlı olub.

İki gün keçirilən təlimdə Universitetin rektoru, dosent Nurlana Əliyeva müasir innovasiyaların təhsildə tətbiqinin önəmindən danışıb. Təlimin keçirilməsini  Universitetdə təhsildə innovasiyaların tətbiqi üçün atılan mühüm addımlardan biri olduğunu deyən rektor, xüsusən pandemiya dövründə bu prosesin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov “TAM” layihəsi haqqında məlumat verib. Ardınca “Berinfor” Agentliyinin eksperti Dr. Felix Seyfarth “İdeyadan filmə - digital bacarıqların universitet kurikulumuna inteqrasiyası“ mövzusunda təlim keçib. Günün ikinci yarısında isə “2020-ci ildə kursların online təhsilə uyğun olaraq yazılması” mövzusunda iştirakçılara məlumat verib.

Təlimin ikinci günü “Təşkilati perspektiv yanaşmada digital təhsil və öyrənmənin rolu” mövzusunda iştirakçıları məlumatlandıran Dr Felix Seyfarth günün ikinci yarısında “Digital formatda yeni pedaqoji yanaşmanın formalaşdırılması”ndan danışıb.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: