Naxçıvanda respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Olimpiadaların bu turu muxtar respublikada Naxçıvan Şəhər 11 nömrəli tam orta məktəbdə təşkil edilib.

Olimpiadanın yarımfinal turunda şagirdlər səkkiz fənn üzrə öz bilik və bacarıqlarını sınayıblar. Muxtar respublika məktəblilərindən “İnformatika” fənni üzrə 2, “Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə 67, “Riyaziyyat” fənni üzrə 79, “Coğrafiya” fənni üzrə 31, “Tarix” fənni üzrə 52, “Kimya” fənni üzrə 28, “Biologiya” fənni üzrə 21, “Fizika” fənni üzrə 25 olmaqla, ümumilikdə 305 şagird bu mərhələdə iştirak edib.

Mövcud vəziyyətlə əlaqədar fənn olimpiadalarının yarımfinal turunda iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Sosial məsafə gözlənilib və şagirdlərin hərarətləri yoxlanılıb, siniflər öncədən dezinfeksiya edilib.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrindən ibarətdir.

Qeyd edək ki, ötən tədris ilində keçirilən Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri ilə müqayisədə bu il muxtar respublika məktəbliləri olimpiadalarda daha fəal iştirak edirlər. Belə ki,   2019-2020-ci tədris ilində fənn olimpadalarının yarımfinal turunda 218 şagird iştirak etmişdirsə, cari tədris ilində 305 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: