Məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin Naxçıvan şəhər mərhələsi başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin Naxçıvan şəhər mərhələsi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, şəhər mərhələsində 4 məktəbdənkənar təhsil müəssisəsi üzrə 29 şagird iştirak edib.

Bu mərhələdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Hüseyn Cavidin “Ana”, Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Pedaqoji fikir tarixindən” kitabından “Ana dili”, Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri “Pedaqoji fikir tarixindən” kitabından “Yeddi qız” əsərləri ilə, Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri isə Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəciklə çıxış ediblər.

Müsabiqənin şəhər mərhələsində I yerə Ekoloji Tərbiyə Mərkəzi, II yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, III yerə isə Texniki Yaradıcılıq Mərkəzi və Turist Diyarşünaslıq Mərkəzi layiq görülüb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.

Birinci yerə layiq görülən Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Polad Həşimovun xatirəsinə həsr olunmuş səhnə ilə müsabiqənin aprelin 8-də keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: