Naxçıvan Dövlət Universitetində heykəltəraşlıq və kulinariya nümunələrinin sərgisi təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində dekorativ tətbiqi sənət, heykəltəraşlıq və kulinariya nümunələrinin sərgisi təşkil edilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərgidə çıxış edən universitetin rektoru Elbrus İsayev belə sərgilərin keçirilməsinin tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, bu gün əl işlərinin təqdimi və sərgilərin təşkil edilməsi təkcə İncəsənət fakültəsini əhatə etmir. Ümumilikdə, ali təhsil ocağının Pedaqoji fakültəsinin Texnologiya mərkəzi də bu sahədə təqdirəlayiq işlər görür. Rektor sərgidə əl işləri nümayiş olunan müəllim və tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bu cür sərgilərin keçirilməsinin artıq universitetdə bir ənənə halını almasına diqqət çəkən Elbrus İsayev bildirib ki, gələcəkdə sərgi-satışların da təşkil edilməsi tələbələrin maddi təminatı baxımdan faydalı ola bilər.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov vurğulayıb ki, ali təhsil ocağında ilk dəfədir heykəltaraşlıq və kulinariya sahəsində sərgi keçirilir. Sərgidə universitetin müəllim və tələbələrinin 40-a yaxın əl işi nümayiş olunur.

Sərgini təşkil edən Təsviri incəsənət kafedrasının müəllimi Əzizə Məmmədova yaradıcı insanlara göstərilən dövlət qayğısına görə öz minnətdarlığını ifadə edib.

Universitetin Nəfəs alətləri ixtisası üzrə II kurs magistrantı Nicat Əsgərov saksafonda musiqisi Rauf Hacıyevə məxsus “Sevgilim” mahnısını ifa edib.

Tədbir müəllim və tələbələrin kulinariya nümunələrinin sərgiləndiyi şirniyyat süfrəsi arxasında davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: