Tələbələr innovativ dərnəklərlə tanış olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır.  Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəklərinə ekskursiyaları təşkil edilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev qeyd edib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqəsədilə məktəbdənkənar təhsil müəssisələrinin tədris bazası gücləndirilib, yeni innovativ dərnəklər yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Sonra  innovativ dərnəklərlə tanış olan tələbələrə dərnəklərin təşkili ilə bağlı məlumatlar verilib.

 Qeyd edək ki, 2021-ci ilin 9 mart-1 aprel tarixlərdə “Naxçıvan” Universitetidən 90 tələbə, 6 aprel-18 may tarixlərində isə Naxçıvan Müəllimlər İnstitutunun 194 tələbəsi mərkəzin STEAM, Robotexnika, Memarlıq-Dizayn, Mental-Aritmetika və digər yaradıcı dərnəkləri ilə tanış olacaqlar. Tələbələr ekskursiya müddətində dərnəklərdə nəzəri məlumatlar əldə edəcək, praktiki təcrübə keçəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: