Muxtar respublika məktəbliləri arasında “Naxçıvanımızı tanıyaq” müsabiqəsinə start verildi - FOTOLAR

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

Bildirilib ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə 2 mərhələdə təşkil edilən müsabiqənin şəhər (rayon) mərhələsinin 10 mart -29 aprel, muxtar respublika mərhələsinin  may ayının 5-dək keçirilməsi nəzərdə tutulub.

İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında təşkil edilən müsabiqədə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin komandası muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin ümumi şərtlərinə görə bu mərhələdə şagirdlərə Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, mədəniyyəti, incəsənəti, tarixi abidələri və müasir dövr inkişafına həsr edilmiş 40 sual təqdim olunub. Sualları 10 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komandalar II mərhələyə vəsiqə qazanıb.  

Qeyd edək ki, müsabiqənin muxtar respublika mərhələsində şagirdlərə 50 sual təqdim olunacaq və bu mərhələdə ən yüksən xal toplayan komandalar münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin  keçirilməsində  məqsədi müasir Naxçıvanın inkişaf yolları, qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, görkəmli nümayəndələri haqqında şagirdlərin biliklərini artırmaq, onlarda Vətənə, torpağa bağlılıq hisslərini gücləndirmək və xüsusi istedada malik şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: