Naxçıvan Müəllimlər İnstitutunda “Kimya dərslərində əyani vasitələrdən istifadə qaydaları” mövzusunda seminar keçirilib.
İnstitutun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, orta ümumtəhsil məktəblərinin bir qrup kimya müəllimi iştirak etdiyi seminarda institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev ali və ümumtəhsil məktəblərində dərsin keyfiyyət və səmərəliliyinin artırılmasını təmin etmək üçün müəllimin üzərinə düşən vəzifələrdən danışıb. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi hər bir müəllimin daim öz ixtisasartırma təhsilinin qayğısına qalmasını zəruri edir.
Seminarda “Kimya dərslərində əyani vasitələrin fənnin mənimsənilməsində əhəmiyyəti” mövzusunda institutun Ümumi fənlər kafedrasının dosenti Qızıllı Əliyevanın, “Kimya dərslərində virtual laboratoriyalardan istifadə qaydaları” mövzusunda institutun kabinə müdiri Səminə Rüstəmovanın çıxışları dinlənilib. Qeyd olunub ki, orta ümumtəhsil məktəblərinin müasir informatika kommunikasiya texnologiyaları ilə təmin edilməsi kimyanın tədrisində yeni imkanlar yaradır. İKT-nin imkanlarından istifadə etməklə kimya dərslərinin tədrisində virtual laboratoriyadan və virtual alətlərdən istifadə etməklə əyaniliyi təmin etmək mümkündür.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb və yaranmış suallar cavablandırılıb.