Ali təhsil ocaqlarının kollektivləri muzeyləri ziyarət edib - FOTOLAR

A- A A+

Ötən şənbə muxtar respublikada “Muzey günləri” davam etdirilib. Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əməkdaşları muzeylərə ekskursiya ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin kollektivi  Dövlət Tarix Muzeyini ziyarət edib. Qeyd olunub ki, muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub. Muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri muzeyin ekspozisiyasını zənginləşdirib

Ədəbiyyat Muzeyində olan Müəllimlər İnstitutunun kolllektivinə məlumat verilib ki, muzey görkəmli ədiblərimizin həyat və yardıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Muzeyin ekspozisiyasına baxan kollektivin diqqətinə çatdırılıb ki, ekspozisiyada müasir ədəbiyyatımızın görkəmli nümayəndələri, Naxçıvan torpağının yetirdiyi şair və yazıçılar, filoloq-ədəbiyyatşünasların yaradıcılığından bəhs edən eksponatlar nümayiş etdirilir. 

 

Sadiq  Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: