Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə keçirilib.
Görüşdə Naxçıvan Dövlət Universitetin kafedra müdiri Flora Kərimova “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıdığını və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə olduğunu deyib.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məmməd Babayev qanunvericilikdə “Dövlət qulluğu və dövlət qulluqçusu” anlayışları və Zaman Bağırov “Dövlət qulluğunun icra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçularının fərdi məsuliyyəti” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.